https://modern.az/ #
2023-03-08 10:56:55
Biləsuvarda ZƏLZƏLƏ - Digər rayonlarda da hiss edildi

Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

 

Zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib.