Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-25 11:25:34
Xocalı faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biridir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Əvvəlcə faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 


AzEdu.az xəbər verir ki, tədbiri MEK-in baş direktoru professor Məmməd Əliyev açaraq Xocalı soyqırımı, səbəbləri və nəticələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası bu faciənin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü siyasi rəhbərliyi altında dövlətimiz daha qətiyyətli, xalqımız mübarizdir.

 


“Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Nə qədər Azərbaycan var, şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Bir kitabxana olaraq biz də hər il qan yaddaşımız olan bu faciəni anırıq: sərgi təşkil olunur, tədbirlər keçirilir, Xocalı sakinlərini ziyarət edirik”, - deyə baş direktor vurğulayıb.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.