Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 13:50:00
"İlin Gənc Müəllimi-2022"də ilk "10-luq"da yer alan Ülviyyə Abdulova AzEdu.az-da - FOTO

AzEdu.az Təhsil Portalı və Milli Məclisin Mədəniyyət komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin Gənc Müəllimi-2022" sorğu-müsabiqəsinin ilk "10-luq"unda yer alan müəllim Ülviyyə Abdulova AzEdu.az-ın qonağı olub.

 

Ü.Abdulova öncə AzEdu MMC-nin rəhbəri, Əməkdar jurnalist Elşad Eyvazlı ilə görüşüb. O, güclü rəqabət şəraitində ilk "10-luq"da yer almağından sevindiyini bildirib və hazırladığı əl işini E.Eyvazlıya hədiyyə edib.

 

Fotoğrafı Aç

 

Ü.Abdulova AzEdu.az əməkdaşları ilə də tanış olub, portal tərəfindən “Məktəb psixoloqunun stolüstü kitabı” müəllimə hədiyyə edilib və sonda xatirə şəkli çəkilib.

 

 Fotoğrafı Aç

 

 Fotoğrafı Aç

 

 

Məlumat üçün bildirək ki, müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri, ilhamverən fəaliyyəti ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

Qeyd edək ki, beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  sorğu-müsabiqəsi 3 turda həyata keçirilir.


Təşkilatçılar çoxsaylı müraciətləri nəzərə alaraq sorğuda iştirak üçün 35 yaşa qədər qoyulan limiti ləğv ediblər. Nəticədə yüksək göstəriciləri nəzərə alınmaqla 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı tanınıb.

 

 Müsabiqədə həm dövlət, həm də özəl orta təhsil müəssisələrində müəllim işləyən şəxslər iştirak edir. Staj məhdudiyyəti isə yoxdur.

 

Beləliklə, münsiflər tərəfindən gərgin rəqabət nəticəsində seçilən ən yaxşı 10 müəllimi - "TOP-10-luq"u sorğuya daxil etmişik.