Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 10:17:37
Məktəbli qızları kim zəhərləyib və nə üçün?

İranın Qum şəhərində 200-ə yaxın məktəbli qızın zəhərlənməsi İranda yenidən insanların dövlətə qarşı etiraza çıxmasına səbəb olub.


AzEdu.az saytınının da xəbər verdiyi kimi, bu şəhərdə yerləşən və qızların təhsil aldığı 12 məktəbdə kütləvi zəhərlənmə halları təsdiq olunub. Qızlar ürək bulanması, baş ağrısı, öskürək, nəfəs darlığı, ürək döyünməsi simptomları ilə xəstəxanalara yerləşdiriliblər.Qum şəhər  Təhsil İdarəsi məktəblərin əksəriyyətinin müvəqqqəti olaraq bağlanması barədə qərar çıxarıb.


Tehranın Əl-Zəhra Universitetinin professoru  Nəfisə Muradinin Qum News saytında  dərc etdiyi məlumatda ehtimal olunur ki, məktəbli qızlar məqsədyönlü şəkildə Əfqanıstanda mövcud olan qruplara bənzər ultra-dini qruplar  tərəfindən zəhərləniblər. Məlum olduğu kimi, Əfqanıstandakı qatı dini qruplar qızların məktəb və universitetlərdə təhsil almalarının əleyhinədir və onlar bu ölkədə artıq qadın məktəblərinin bağlanmasına, unuversitetlərdə qızların təhsilinin ləğv olmasına nail olublar.


Qum şəhərindəki ailələr qız uşaqlarını məktəblərə göndərməkdən imtina edirlər. Çünki zəhərlənmə faktlarının getdikcə daha da artdığına baxmayaraq, hüquq-mühafizə orqanlarının bu barədə tədbir görmələri və zəhərlənmənin hansı şəraitdə, necə baş verdiyi ilə əlaqədar istintaqın aparılması hiss olunmur.

“Cənab mer, biz uşaqlarımızın təhlükəsizliyinin təmin olunmasını tələb edirik. Məktəblər qorunmalıdır, günahkarlar cəzalandırılmalıdır. Bizə cavab verin!”, - bu, valideynlərin şəhər rəhbərliyinə müraciətidir.


Bir milyondan artıq əhalisi olan Qum şəhəri İranın həm də elimi-dini tədris mərkəzidir. Burada eyni zamanda İmam Rezanın bacısı Məsumənin dəfn olunduğu müqəddəs məqbərə var və hər gün yüz minlərlə insan İranın müxtəlif şəhərlərindən və Azərbaycan kimi qonşu ölkələrdən bura axın edir.

Bu şəhərdə yaşayan  əhalinin  əksəriyyəti din xadimləri, müəllimlər və tələbələrdən ibarətdir. Qadın məktəb və seminariyaları da nəzərəçarpacaq saydadır. İranda baş verən çıxışlar zamanı bu şəhərdəki qadın tələbələr küçə yürüşlərinin önündə gedir və baş örtüklərini kütləvi şəkildə atəşə verirdilər. Hakimiyyət  mitinq və küçə yürüşlərinin qarşısının alınmasında aciz idi və bu məqsədlə müxtəlif zorakı vasitələrdən istifadə edirdi. Məktəbli qızların kütləvi şəkildə zəhərlənmsi İran xüsusi xidmət orqanlarının mitinqlərdə qadınların iştirakının  qarşısını almaq üçün istifadə etdiyi bu vasitələrdən biri deyil ki?


Qum Tibb Elmləri Universitetinin rektor yardımçısı Dr. Məcid Muhibbi SEPAH-a yaxınlığı ilə bilinən “Tasnim” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, xəstələnən  qızlardan götürülən testlər hər hansı bir zəhərli maddənin mövcudluğunu müəyyən etməyib.O vurğulayıb ki, xəstələnmənin səbəbi istilik sistemindən gələn  karbon monoksid də deyil.


“Tasnim” kimi dövlətə və İran xüsusi xidmət orqanlarına bağlı xəbər agentlikləri zəhərlənmənin yalnız qızlar oxuduğu məktəblərdə baş verməsini gizlətməyə çalışsalar da, çoxları məqsədyönlü şəkildə qızların hədəfə alndığına şübhə etmir. İran Milli Məclisinin Qum şəhərindən olan deputatı Müctəba Zulnuri də bidirib ki, bu fakt “təhlükəsizlik məsələsidir”.


Beləliklə parlamentdə də qızların məqsədyönlü şəkildə zəhərlənməsi öz təsdiqinı tapır. Açıq qalan hadisənin kim tərəfindən və nə üçün törədildiyini sübut etməkdir.



Əlimusa İbrahimov