Azedu.az

Ukraynalı müəllimlər Rusiya vətəndaşlığına məcbur edilir

Orta təhsil

Maraqlı

Xaricdə təhsil

8 Fevral 2023, 14:40
Ukraynalı müəllimlər Rusiya vətəndaşlığına məcbur edilir

AzEdu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiyanın işğal etdiyi yaşayış məntəqələrindəki müəllimlər Rusiya pasportu almağa məcbur edilir.

Məlumata görə, artıq Ukraynanın işğal olunmuş bütün məktəblərində dərslərini davam etdirən müəllimlərə bu barədə xəbərdarlıq olunub. Onlar Ukrayna vətəndaşlığından imtina etməli və sürətləndirilmiş qaydada Rusiya pasportları almalıdırlar. 

Ukraynanın işğal altındakı bölgələrində bu təkcə müəllimlərin başına gətirilən hadisədirmi? Əlbəttə ki, xeyr. Rusiyanın işğal etdiyi ərazilərdəki dövlət müəssisələrində çalışan bütün işçilər Rusiya vətəndaşlığına keçməyə məcbur edilirlər. Əks halda, insanları ərizə yazaraq işdən çıxarılmaları ilə təhdid edirlər.

Rusiyada namaz QADAĞASI - Bunu edən şəxslər ölkədən qovulur!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox