Azedu.az

UNEC-də daha bir yenilik

27 Yanvar 2023, 17:37
UNEC-də daha bir yenilik

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır.

 

AzEdu.az xəbər verir ki, kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.

 

Bundan əlavə, UNEC-də Ömürboyu təhsil mərkəzi fəaliyyətə başlayıb. Kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığı aparılır.

 

 
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox