Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 16:46:00
“Humanitar elmlər üzrə problem şurası üçün sənədlərin hazırlanması və illik fərdi iş planının tərtibi” adlı seminar

25 yanvar 2023- cü il tarixində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub.

 

AzEdu.az xəbər verir ki, “Humanitar elmlər üzrə problem şurası üçün sənədlərin hazırlanması və illik fərdi iş planının tərtibi” adlı seminar 2022-ci ildə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub.

 

ARTİ əməkdaşı Aynur Əlimuradova humanitar elmlər üzrə əlaqələndirmə şurasında dissertasiya mövzularının təsdiqi barədə məlumat verib. Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov tərəfindən illik fərdi iş planlarının yazılması, il sonunda hesabatların verilməsi və attestasiya haqqında məlumat verilib, doktorantları maraqlandıran suallar cavablandırılıb.