Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 09:52:00
Fizika, rus dili (tədris dili) və rus dili (xarici dil) fənləri üzrə iclas keçirilib-DİM

Gündəlik məsələlər fizika fənnindən 5 iyun 2022-сi il tarixində, rus dili (tədris dili) fənnindən 6 iyul 2022-сi il tarixində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, rus dili (xarici dil) fənnindən isə 6 mart 2022-ci il tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub. 

 

AzEdu.az xəbər verir ki, fizika fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlarla abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamaq və qiymətləndirmək mümkün olub.

 

Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.

 

Rus dili (tədris dili) və rus dili (xarici dil) fənləri üzrə imtahanlarda istifadə edilmiş 10 test tapşırığının imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.

 

1 fevral 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.