Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-08 11:27:00
ADNSU-da “Energy Crisis and Cybersecurity” tədbiri başa çatıb

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin tərəfdaşı olduğu “HORIZON 2020” çərçivəsində ELECTRON layihəsi ilə bağlı “Energy Crisis and Cybersecurity” mövzusunda keçirilən tədbir başa çatıb.

 

AzEdu.az xəbər verir ki, tədbirin ikinci günündə ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Azərbaycan: Elm və sənaye mərkəzi” mövzusunda təqdimatla çıxış edərək ölkəmizin qədim elm və sənaye mərkəzlərindən və tarixi inkişaf mərhələlərindən danışıb.

 

Həm onlayn, həm də oflayn formatda keçirilən tədbirdə həmçinin Yunanıstanın Qərbi Makedoniya Universitetinin rektoru, professor Theodoros Theodoulidis, Azərişıq ASC-nin Təhsil və İnnovasiya mərkəzinin rəhbəri Fərid Zalıyev, SOCAR, bp-nin nümayəndələri, o cümlədən Avropa Komissiyasının təhsil və tədqiqat, enerji və kibertəhlükəsizlik istiqamətində nümayəndələri dünyada və Azərbaycanda enerji təhlükəsizliyi və effektiv enerji siyasəti mövzusunda çıxışlar ediblər. Bundan əlavə, yeni rəqəmsal texnologiyaların tətbiqi və istifadə qaydaları, bu istiqamətdə müasir laboratoriyaların qurulması, “HORIZON 2020” layihəsi çərçivəsində növbəti işçi görüşlərin keçirilməsi ilə bağlı mühazirələr oxunub müzakirələr aparılıb.    

 

Qeyd edək ki, tədbirdə Avropa Komissiyasının təhsil və tədqiqat, enerji və kibertəhlükəsizlik istiqamətində nümayəndələri, bu istiqamətdə Avropanın nüfuzlu təşkilatları, o cümlədən HORİZON proqramının kibertəhlükəsizlik və təhlükəsiz enerji təsnifatına aid olan layihələrinin rəhbərləri, enerji provayderləri, kibertəhlükəsizlik təşkilatlarının nümayəndələri onlayn və oflayn şəkildə iştirak ediblər.