Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 11:03:00
Peşə məktəbinə qəbul qaydaları necədir?-ƏTRAFLI

Son illər peşə təhsilinə maraq xeyli artıb.

 

Bəs bu müəssisələrdə qəbul qaydası necə həyata keçirilir?

 

AzEdu.az peşə təhsilinə qəbul, imtahanların təşkili və tədris ilə bağlı ətraflı məlumatı təqdim edir:


Peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilərlər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

 

Bu təhsil müəssisəsinə qəbul necə həyata keçirilir?

 

 

Peşə məktəblərində 1, 2 və 3 illik təhsil mövcuddur. IX sinifdən qəbul zamanı 2 il orta məktəb, 1 il də ixtisas təhsili olmaqla. ümumilikdə 3 il müddətində təhsil alırlar. XI sinifdən qəbul zamanı isə ixtisas üzrə təhsil 1 və ya 2 illik ola bilər. Bu zaman orta məktəb təhsili verilmir.

 

Semestr imtahanları qış və yay sessiyalarına bölünür. İmtahan prosesi isə yazılı formada təşkil edilir:

 

Peşə məktəblərində universitetlərdəki qaydalar əsaasında ildə 2 dəfə sessiya imtahanları keçirilir. Bu imtahanlar qış və yay sessiyalarına bölünür. İmtahanlar bilet çəkməklə yazılı formada həyata keçirilir. İmtahanda fənnin mövzusuna əsasən, 3, ya da 5 sual ola bilər. İmtahanlar həm ixtisas, həm də ümumi fənlər üzrə keçirilir. Qeyd edək ki, ingilis dilindən də imtahan ola bilər. Təhsil alanlar bir semestrdə ümumilikdə, 3 imtahan verirlər. Qiymətləndirmə isə 5 ballıq şkala ilə aparılır.Təhsil müddətində imtahandan kəsilənlər həmin fənn üzrə növbəti il eyni vaxtda dərslərə girirlər və yenidən imtahan verirlər. Kursda qaldıqları halda əlavə dərs keçirilir və növbəti imtahana hazırlaşırlar. Yayda isə buraxılış imtahanları həyata keçirilir.

 

Qeyd edək ki, sessiyalarda qabiliyyət imtahanları olmur. Sadəcə Neft-qazla bağlı ixtisaslara qəbul zamanı sağlamlıq haqqında arayış tələb olunur.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları