Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 15:22:00
XII “Fənlərin Dostluğu Olimpiadası”nın keçiriləcəyi yerlər bəlli oldu

 

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş XII “Fənlərin Dostluğu Olimpiadası”nın keçiriləcəyi məkanlar bəlli olub.

 

Azedu.az xəbər verir ki, olimpiada aşağıdakı ünvanlarda təşkil ediləcək:

 

Qeyd edək ki,  Bakı, Sumqayıt və Xırdalan şəhərləri başda olmaqla respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX və X sinif şagirdləri arasında XII “Fənlərin Dostluğu Olimpiadası” keçiriləcək.

 

Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar.

 

Olimpiadanın sualları inteqrasiyaya əsaslanır. 2 fənli, 3 fənli, 4 fənli və 5 fənli olmaqla tərtib edilən suallar çətinlik dərəcəsinə görə qiymətləndirilir.

 

İştirak etmək istəyən şagirdlər olimpiadanın rəsmi elektron ünvanı  www.inteqrasiya.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

 

“Fənlərin Dostluğu Olimpiadası”nda ilk on yeri tutan şagirdlər və onların təhsil aldığı məktəblərə qiymətli hədiyyələr təqdim olunacaq.

 

Eyni zamanda yüksək nailiyyət əldə edən şagirdlər Hədəf Liseyində bir illik ödənişsiz təhsil qazanacaqlar.

 

Olimpiada Azərbaycan Dövlət İqtisad Universiteti və  “Hədəf Group”un birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Layihədə iştirak ödənişsizdir.

 

Olimpiadanın dəstəkçiləri “Sınaq” İmtahan Mərkəzi, “Modika Hospital”, “Eduhek”, “SinKod”, “Hədəf Global”, “Robotzade”, “Kitabevim.az” kitab mağazaları şəbəkəsidir.

 

FDO-nun informasiya dəstəkçiləri Azərbaycan Televiziyası, eləcə də “Senet.az”,  “Azedu.az” portalları və “Ustad” dərgisidir.