Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-30 16:04:00
“İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim təşkil olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxsləri üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış “ mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.