
2018-03-14 09:26:42
"Əməliyyat olunan şagirdlər palataya köçürülüblər” - Direktor danışdı
Bu barədə AzEDU.az-a martın 11-də qəzaya uğrayan şagirdlərin təhsil aldığı Yevlax rayon 1 saylı Aran tam orta məktəbinin direktoru Yusif Bayramov məlumat verib.
Onun sözlərinə görə, birbaşa Təhsil Nazirliyinin nəzarəti altında şagirdlərin müalicəsi davam etdirilir:
“Mən hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındayam. Xəstələrin vəziyyəti stabildir. Artıq reanimasiyadan palataya köçürülüblər. Səhhətlərində irəliləyiş var, qorxulu heç nə yoxdur. Müəyyən zədələri, sınıqları var ki, onlar da müalicə olunur. Hər gün burada oluram. Şahidiyəm ki, hər şey Təhsil Nazirliyinin birbaşa nəzarətindədir.
Şagirdlərin də yanında ya anaları, ya da xalaları qalır. Bütün xərclər də Təhsil Nazirliyi tərəfindən ödənilir”.
Qeyd edək ki, martın 11-də imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nəzrin Cavid
Bu bölməyə aid digər xəbərlər
“Xəstə uşaqlar məktəb və bağçalara buraxılmamalıdır”-Həkimdən ciddi xəbərdarlıq
2023-01-29 15:22:00
Riyaziyyat müəllimləri sertifikasiyada yaxşı nəticə göstərəcəklər- SƏBƏB
2023-01-29 14:21:00
Cəlilabadda qəzalı olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb
2023-01-29 11:45:00
Məktəbli şagirdlərə mina təhlükəsinə dair təlim keçirilib
2023-01-28 13:31:00
Gənc alimlər şagirdlərin məruzələrini yüksək qiymətləndiriblər
2023-01-28 12:54:00
İbtidai sinif müəllimləri və şagirdlər üçün yeni vəsait nəşr edilib
2023-01-27 12:30:00
Bu gündən məktəblərdə qış tətili başlanır
2023-01-27 09:00:00
“Heydər Əliyev və Azərbaycan təbiəti” – Bölgə məktəbində maraqlı görüş
2023-01-26 17:12:00
Keçmiş məcburi köçkün şagirdlərin fənn müsabiqəsinə hazırlığı davam edir
2023-01-26 10:57:00
Həmidə xanım Cavanşirin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
2023-01-25 17:21:00
kitabı
ÇOX OXUNANLAR
29 Yanvar 2023, 13:06
Yalnız bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək- Vacib sertifikasiya bilgisi

25 Yanvar 2023, 11:54
Bu il 30 min müəllim sertifikatlaşdırılmaya cəlb ediləcək

27 Yanvar 2023, 10:30
Oxunmasına qadağa qoyulan 10 kitab

25 Yanvar 2023, 13:39
Yerdəyişmə edəcək müəllimlər üçün vacib xəbər – Sayt aktiv ediləcək

22 Yanvar 2023, 12:52
Dərs oxuyarkən dinləyə biləcəyiniz MUSİQİLƏR-Effektiv təsir göstərir

22 Yanvar 2023, 15:46
Kollec bitirən şəxslər dövlət qulluğu imtahanında iştirak edə bilər?-DƏQİQ CAVAB

27 Yanvar 2023, 13:08
Müəllimlərin izləməli olduqları filmlər - Siyahı

22 Yanvar 2023, 13:49
Elmlər akademiyaları və onların analoqları-Dünya təcrübəsi

FACEBOOK