Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-14 08:49:38
"Onun dedikləri cəfəngiyyatdır”- Musa Quliyevdən “ şagirdlərin abort məsələsi”nə reaksiya

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev son günlərdə sosial şəbəkələrdə geniş müzakirə olunan 1200 şagirdin abort edilməsiylə bağlı məsələyə münasibət bildirib.

Deputat AzEDU.az-a açıqlamasında deyib ki, təhsil eskperti Kamran Əsədovun açıqladığı rəqəmlərin heç bir əsası yoxdur:

“Bu məsələylə bağlı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova açıqlama verib. Onun dediyi kimi, Kamran Əsədovun söylədiyi fikirlərin heç bir əsası yoxdur. Həmin rəqəmləri hardan götürdüyü belə məlum deyil və fantaziyalardan ibarətdir. Məktəbli yaşında abort olunan şagirdlərin sayı onun göstərdiyi rəqəmlərdən dəfələrlə azdır. Azərbaycan Respublikasında qeyri-qanuni şəkildə heç bir uşaq abort edilmir. Söylədikləri sadəcə cəfəngiyyatdır”.

Qeyd edək ki, Kamran Əsədov mətbuata açıqlamasında son 3-4 ildə abort etdirən məktəblilərin sayının 1200-ə çatdığını və onların 9,10 və 11-ci sinif şagirdləri olduğunu bildirib.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları