Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 10:31:00
Nazir müəllimlərin maaş artımının gələcək aqibətindən danışdı – Diferensial yeniliklər

 

“Differenesiallaşmış əməkhaqqı təhsil sistemimiz üçün yeni islahatlar yaratdı`.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya prosesinin əhəmiyyəti ilə bağlı Real TV-yə müsahibəsi zamanı deyib.

 

O, müəllimlərin prosesə meyil etməsinin səbəblərini açıqlayıb:

 

Müəllimlərin sertifikasiya prosesi bir sıra vacib məqamları üzə çıxardı. İlk dəfə olaraq biliyə və bacarığa əsaslanan differensiallaşmış əməkhaqqı sistemi tətbiq edildi. Biz bu sistemin uzunmüddətli mərhələdə nəticələrini görmək imkanı əldə edəcəyik.

 

Azərbaycan müəllimlərinin 98 faizi sertifikasiya prosesinə inanaraq iştirak etdi. Çünki sertifikasiya ilk dəfə olaraq bilik və bacarığa əsaslanan əməkhaqqı sisteminin tətbiq edilməsinə səbəb oldu. Ölkəmizdə saata görə hesablanan əməkhaqqı sistemi tətbiq edilirdi, lakin sertifikasiyadan sonra  3 formatda əməkhaqqı alan müəllimlərimiz oldu. Onlardan bir qismi - sertifikasiyadan yüksək nəticə əldə edənlər - sentyabrdan etibarən yeni hesablanma əsasında maaşlarını aldılar. Onların maaşına 35 faiz əlavələr edilib, digər uğur qazanan müəllimlər isə 10 faiz artım ilə maaşlarını əldə etdilər. Sertifikasiyadan keçməyənlər isə köhnə əməkhaqqı sistemi ilə yollarına davam etdilər. Diferensiallaşmış əməkhaqqı təhsil sistemimiz üçün yeni islahatdır, təhsil siyasəti bu tipli məsələlərlə məşğul olmalıdır. Uzunmüddətli mərhələdə biz bunun yaxşı nəticələrini görə biləcəyik”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları