Azedu.az

Rəqəmsal Marketinq kursunu bitirən tələbələrə sertifikatlar verildi

6 Oktyabr 2022, 16:00
Rəqəmsal Marketinq kursunu bitirən tələbələrə sertifikatlar verildi

UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkil etdiyi Rəqəmsal marketinq kursu uğurla başa çatıb.

 

AzEdu.az xəbər verir ki, UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov və mərkəzin direktoru Qələndər Məmmədli kursun məzunlarını ilə görüşüblər. Məzunları təbrik edən Raqif Qasımov və Qələndər Məmmədli onlara fəaliyyətlərində uğurlar arzulayıblar, həmçinin rəqəmsallaşmanın iqtisadiyyatdakı rolu və mərkəzin gələcək  fəaliyyəti barədə məlumat veriblər.

 

Sonra kursu uğurla bitirən iştirakçılara UNEC-in sertifikatları təqdim olunub.

 

Xatırladaq ki, Rəqəmsal Marketinq kursunun 3-cü sessiyasına qeydiyyat davam edir.

Putin Zelenskini oğurlayacaq - Ardınca isə - Xəbəriniz Var?
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox