Azedu.az

BMU-da magistratura pilləsinə hazırlıq səviyyəsi üzrə ödənişsiz dərslər

Ali təhsil

6 Oktyabr 2022, 11:50
BMU-da magistratura pilləsinə hazırlıq səviyyəsi üzrə ödənişsiz dərslər

Bakı Mühəndislik Universitetində (BMU) magistratura pilləsinə hazırlıq səviyyəsi üzrə ödənişsiz dərslərə start verilib.

 

AzEdu.az xəbər verir ki, üç fənni (məntiq, informatika, ingilis dili) əhatə edən dərslər universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (BMU THİK)  və “FZ Academy”-nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

 

Oktyabr ayından etibarən keçirilən dərslərin magistratura səviyyəsi üzrə I tur qəbul imtahanına (fevral ayının sonu) kimi ödənişsiz şəkildə davam etməsi nəzərdə tutulur.

 

BMU THİK və “FZ Academy” əməkdaşlığı çərçivəsində magistr hazırlığı ilə yanaşı, ofis proqramları təlimi, xarici dillərdə danışıq dərsləri, brain-ring və digər layihələrin ödənişsiz şəkildə təşkili planlaşdırılıb.

Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox