Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 13:25:00
“Şagirddən əvvəl məktəbdəki pedaqoji kollektivi tərbiyə etmək lazımdır”- FƏRQLİ BAXIŞ

 

 

Həmin şagirdin məktəbdən xaric olunmasının əleyhinəyəm. Hətta ola bilsin, şagirdin  narkotik aslılığı da var”.

 

Bunu AzEdu.az-a açıqlamasında   təhsil eksperti Nabatəli Qulamoğlu deyib.

 

Sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.

 

Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.

 

Məsələ cəmiyyətdə böyük rezonans  doğurub.

 

Nabatəli Qulamoğlu məsələ ilə bağlı fikirlərini bildirib:

 

Qanunlarımız o qədər humanistdir ki, şagirdin məktəbdən qovulması məsələsi çox nadir hallarda baş verə bilər. Lakin bununla bağlı mexanizmlər də mövcuddur, əgər şagird dəfələrlə ictimai asayişi kobud şəkildə pozursa, onu orta təhsil müəssisəsindən kənarlaşdırmaq olar. Hadisənin gedişatı araşdırılmalı və sonra fikir səsləndirilməlidir.

 

İlk olaraq məktəbin pedaqoji kollektivini tərbiyə etmək lazımdır. Bundan öncə isə ictimaiyyəti tərbiyələndirmək daha vacibdir. İllərdir, vurğulayıram ki,  bizim təhsilimizlə yanaşı tərbiyəmiz də əldən gedib. Ona görə də məktəblərdə belə halların olması qaçılmazdır. Bu, məsələnin görünən tərəfidir, görünməyənlər isə ondan 10 qat daha çoxdur”.

 

O, şagirdin məktəbdən qovulması ilə bağlı yayılan fikirlərə münasibət bildirib:

 

Həmin şagirdin məktəbdən xaric olunmasının əleyhinəyəm. Hətta ola bilsin, şagirdin  narkotik aslılığı da var. Əgər bu psixoloji vəziyyətin nəticəsidirsə,  təbii ki, həmin şagirdi tərbiyə etmək olar.

 

Məktəblərdə birmənalı olaraq dərs keçilmir, ona görə də şagirdlər boş zamanlarını belə məsələlərə sərf edirlər, şagird boşluqdan ya dalaşır, ya oynayır, ya da  başqa işlərə meyil edir. Təhsilin olmaması bütün bunlara səbəb olur”.  

Şükufə Süleymanlı
Müəllifin digər yazıları