Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 11:18:00
Bağçalarla bağlı problemin əsas səbəbi nələrdir?-Nazirlik rəsmisi AÇIQLADI

 

“Hazırda 1667 bağçanın məlumat bazası yaradılıb. Bu məlumat bazasında  bağçanın adları və uşaqlar haqqında informasiya toplanılıb. Bağçaya qəbul bizim üçün də yeni bir sistem idi”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova İTV-də yayımlanan "Sabaha Saxlamayaq" verilişində çıxışı zamanı deyib. 

 

Sektor müdiri bağçalarla bağlı şikayətlərə aydınlıq gətirib:

 

“Elektron qəbul zamanı valideyn yaşayış yerindən asılı olmayaraq 3 bağça seçə bilər. Bizə də bağçalarla bağlı şikayətlər gəlir. Bağçada yer olmadığı, həmçinin gözləmələrin uzun olduğu və s. narazılıqlar bildirilir. Bu şikayətlərin izahları var. Məktəbəqədər təhsil müəssisələrində yer olmamasının ilkin səbəbi, həmin bağçanın özünün sakinlərinin olmasından irəli gəlir. Yəni ki, həmin bağçada neçə illərdir əvvəldən qeydiyyatda olan uşaqlar var. Bu uşaqları tamamilə çıxarıb yenilərini qəbul etmək mümkün deyil. Bundan başqa tələb və təklif arasında boşluq var. Yəni bildiyiniz kimi şəhər yerlərində sıxlıq daha çoxdur, amma orada yerləşən bağçaların sayı azdır”.

 

“Digər bir səbəb isə məktəbəqədər təhsil qruplarının tutumu ilə bağlıdır. Təhsil qanunvericiliyə görə, kiçik qruplar 15, orta və yuxarı yaş qrupları isə 20 nəfərdən ibarət olmalıdır. Yəni o qruplara daha çox uşağın salınması düzgün deyil. Kvadratmetrə düşən sayı nəzər alaraqdan əlavə uşaq qəbul etmək olmaz”-deyə, sektor müdiri bildirib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları