Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 16:46:00
ADNSU-da Daşkənd Kimya - Texnologiya İnstitutunun (DKTİ) dosenti ilə görüş keçirilib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsində Özbəkistan Respublikasının, Daşkənd Kimya-Texnologiya İnstitutunun (DKTİ) "Kimya texnologiyasının proses və aparatları" kafedrasının dosenti Nurmuhəmmədov Abbas Məmmədəliyeviç ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Neft-mexanika fakültəsinin (NMF)  dekanı, dosent Əli Hikmət Əhmədov, eləcə də kafedra müdirləri və professor-müəllim heyəti iştirak ediblər.  Dekan, dosent Ə.Əhmədov görülən işlər və əməkdaşlıq məsələləri haqqında qonağa məlumat verib.

 

Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, mübadilə proqramları çərçivəsində tələbə və müəllim heyətinin mübadiləsi, doktorantlara ikili rəhbərlik, müştərək layihələrin işlənməsi, həmçinin birgə elmi konfransların keçirilməsi və digər istiqamətlər üzrə birgəəməkdaşlıq məsələləri müzakirə olunub.