Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 11:13:00
AMEA-nın əlində nələr qalıb?-SİYAHI

 

Cəmiyyətdə çaşqınlıq yaradan məsələlərdən biri də AMEA-nın ləğv edilməsi və institutların hamısının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlıdır.

 

Lakin Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində bir çox elmi müəsisə, təşkilatlar, habelə digər qurumlar mövcuddur.

 

AzEdu.az Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməyən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısını təqdim edir:

 

Yer Elmləri Bölməsi:

 

Respublika Seysmoloji Xidmət Mərkəzi.

 

Humanitar Elmlər Bölməsi:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

 

Nəsimi adına Dilçilik İnstitutu,

 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

 

Memarlıq və İncəsənət İnstitutu,

 

Folklor İnstitutu.

 

İctimai Elmlər Bölməsi:

 

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu,

 

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu,

 

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu,

 

Fəlsəfə və Sosiologiya İnstitutu,

 

Qafqazşünaslıq İnstitutu,

 

Elm Tarixi İnstitutu.

 

AMEA-nın nəzdindəki təşkilatlar:

 

Mərkəzi Elmi Kitabxana,

 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi,

 

Gənc Alim və Mütəxəssislər Şurası.

 

Azad Həmkarlar İttifaqı

 

AMEA-nın Regional Bölmələri:

 

Naxçıvan Bölməsi,

 

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu,

 

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu,

 

Əlyazmalar Fondu,

 

Elmi Kitabxana,

 

Nəbatat bağı.

 

Gəncə Bölməsi:

 

Nizami Gəncəvi Mərkəzi,

 

Humanitar Tədqiqatlar İnstitutu,

 

Diyarşünaslıq İnstitutu,

 

AMEA-nın Regional Elmi Mərkəzləri:

 

Şəki Regional Elmi Mərkəzi.

 

Qeyd edək ki, AMEA-nın bir sıra institutları və elmi müəssisə və təşkilatları  Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

 

Eyni zamanda, 3 muzey Mədəniyyət Nazirliyinin tabeliyinə keçib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları