Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 12:02:00
II ixtisas qrupunda bu qədər abituriyent 150-200 bal toplayıb

2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün II ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin 2 min 281 nəfəri 200-dən aşağı bal toplayıb.

AzEdu.az xəbər verir ki, bu göstərici müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin təxminən 23 faizini təşkil edir.

II ixtisas qrupu üzrə minimal keçid balını toplamış abituriyentlərin ümumi sayı 9804 nəfərdir.

Qeyd edək ki, 200-dən aşağı bal toplayanların hər biri imtahanın ikinci mərhələsi üzrə 100 ballıq limiti keçə bilməyən abituriyentlərdir.

I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.