Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-13 10:18:35
“Azərbaycanda bu universitetin məzunlarını dünyada böyük işlər görəcəklər” - Kembricdə çalışan həmyerlimiz

“Azərbaycanda orta təhsil müəssisələri, eləcə də hazırkı təhsil ilə bağlı danışılası çox problemlər var. Amma bizim  insanlar, gənclər çox istedadlıdırlar. Onlar gələcəkdə güclü kadrlar kimi yetişə bilərlər”.

Bunu AzEDU.az-a açıqlamasında dünya çapında tanınan azərbaycanlı alim, bioinformatika sahəsində məşhur mütəxəssis, Kembricdəki Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəri çalışan professor Qərib Mürşüdov deyib.

Qərib Mürşüdov bu istiqamətdə bir ali təhsil ocağının adını məxsusi hallandırıb və onunla bağlı  proqnozunu verib:

“Azərbaycanda Bakı Ali Neft Məktəbi var. Orada dərslər dünya standartlarına uyğun aparılır. İldə ən azı, bir dəfə Bakıya gəldiyim üçün bundan xəbərim var. İnanıram ki, yaxın 5-10 ildə buranın məzunları nəinki Azərbaycanda, eləcə də dünyada çox böyük işlər görəcəklər. Çünki həm bizim gənclərin, həm də həmin ali məktəbin bunu etməsi üçün böyük potensialı var”.

AzEDU.az dünyada bioinformatika üzrə ən güclü mütəxəssislərdən sayılan, beynəlxalq elmi jurnallarda ən çox istinad olunan Azərbaycan alimi olan professor Qərib Mürşüdovla geniş müsahibəni tezliklə təqdim edəcək.