https://modern.az/ http://www.position.az/
2022-08-11 09:48:00
 Məktəbli formalarının seçimi bu cür aparılacaq 

 Orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib.


AzEdu.az xəbər verir ki, direktorlar bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

 

Bildirilib ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilib.


Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

 MODERN