Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 17:55:00
AzTu və Türkiyə universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) və Orta Doğu Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Sənəd AzTU-nun rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

 

Bu barədə AzEdu.az-a AzTU-dan məlumat verilib.

 

Səfər çərçivəsində nümayəndə heyətinin Orta Doğu Texniki Universitetinin rəhbərliyi ilə görüşü olub. Görüşdə universitetlərin rəqəmsal transformasiyasının inkişaf etdirilməsi, hər iki ali məktəbin profilinə uyğun birgə tədqiqat layihələrinin yerinə yetirilməsi, xarici dil üzrə müəllim hazırlığı və tələbə mübadiləsi məsələləri müzakirə edilib.