Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 13:23:00
Abituriyentlərin nəzərinə: “UNEC-i tanı” layihəsi davam edir

Abituriyentlər üçün “UNEC-i tanı” layihəsi davam edir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində abituriyent və onun valideynlərinə universitetdəki ixtisaslar, xarici universitetlərlə ikili diplom, eləcə də UDİD, mübadilə proqramları, xüsusi təqaüd imkanları barədə məlumat verilib. Həmçinin UNEC-də onlar üçün infotur təşkil olunub.

 

Layihənin budəfəki iştirakçısı Sücayət İslamzadə 601 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçib. S.İslamzadə UNEC-in 100 manat xüsusi təqaüdünü qazanacaq.

 

Xatırladaq ki, I-V qrupa hazırlaşan abituriyentlər ixtisas seçiminə qədər həftənin II-V günləri, saat 10-dan 16-dək UNEC-in əsas tədris binasına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb layihədə iştirak edə bilərlər.