Azedu.az

Peşə məktəblərinin 45 faizi Bakıda yerləşir

Peşə təhsili-faydalı məlumat və xəbərlər

1 Avqust 2022, 11:24
Peşə məktəblərinin 45 faizi Bakıda yerləşir

Azərbaycanda fəaliyyət göstərən peşə məktəblərinin 45 faizi Bakının payına düşür.

 

AzEdu.az xəbər verir ki, bunu 2022-2023-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı təşkil olunan mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib. O bildirib ki, gələcəkdə rayonlarda peşə təhsili müəssisələrinin sayının artırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, avqustun 1-dən etibarən peşə təhsili müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-12-də portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox