Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-13 07:00:25
Gənc alimimiz Avropada beynəlxalq elmi konfrans keçirəcək - AXC-yə ithaf

“Cənab Prezident İlham Əliyevin 2018-ci ilin “Xalq Cümhuriyyəti ili” ilə bağlı imzaladığı bu sərəncam məni bir gənc vətənpərvər alim olaraq çox sevindirdi”.

Bunu AzEDU.az-a açıqlamasında Macarıstanın Szent İstvan Univeristetinin Regional İqtisadiyyat və Aqrar Sahənin İnkişafı İnstitutunun doktorantı, gənc alim Raqif Hüseynov bildirib.

O deyib ki, bu istiqamətdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı  26 aprel 2018-ci il tarixində Macarıstanın nüfuzlu universitetlərindən biri olan Szent İstvan Universitetində, Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin, Szent İstvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransını təşkil edəcək. Konfransda dünyanın bir çox ölkələrindən olan gənc alim və tədqiqatçılar iştirak edəcəklər.

Onun sözlərinə görə, gələn ay təşkil edəcəkləri beynəlxalq elmi konfransın əsas işi Azərbaycan Xalq Cümhuriyyətini qitə miqyasında təmsil etmək olacaq:

“Konfransın rəsmi açılış mərasimində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilən ingilis dilində film nümayiş etdiriləcək. Ümid edirəm və inanıram ki, 26 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyim Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı əvvəlki illərdə təşkil etdiyimiz konfranslar kimi uğurlu olacaq”. 

Elmin Nuri