Azedu.az

Şagirdlər Yay Məktəbində qiymətləndiriləcək?-CAVAB

Orta təhsil

Təhsil Nazirliyi

17 İyun 2022, 11:37
Şagirdlər Yay Məktəbində qiymətləndiriləcək?-CAVAB

 

“Yay Məktəbində təhsilalanların qiymətləndirilməsi aparılmayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Anar Mirzəzadə “Təhsil masası”da deyib.

 

“Yay məktəbinin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir”.

 

Xatırladaq ki, iyunun 16-dan ümumi təhsil müəssisələrində yay məktəbinə başlanılıb.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox