Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 11:47:00
Bəzi ölkələrin təhsil sistemində yay tətili yoxdur, bəzilərində dərslər 11 ay davam edir- Araşadırma

 

Tədris ilinin yekunlaşmasına sayılı günlər qalıb. Ölkəmizdə yay fəsli və isti havalarla əlaqədar iyundan sentyabra kimi təhsilə fasilə verilir.

 

Lakin bir sıra ölkələr isti aylarda məktəb və universitetləri davam etdirməyə üstünlük verirlər.

 

Bəs bu ölkələrdə tədris ili və tətillər necə tənzimlənir?

 

AzEdu.az mövzu ilə bağlı araşdırmanı sizə təqdim edir

 

Malayziyada orta məktəblər yanvarın əvvəlində açılır və noyabrın ortasına qədər fəaliyyət göstərir.

 

Meksikada tədris ili avqustun ortalarından növbəti ilin iyulun ortalarına qədər olan dövrü əhatə edir.

 

Yeni Zellandiyada məktəblər 7 fevraldan 20 dekabra tədrisi davam etdirir.

 

Şotlandiyada isə dərslər avqusutun ortalarında başlayıb növbəti ilin iyunun sonu, iyulun əvvəllərinə kimi aparılır.

 

Cənubi Koreyada tədris sistemi çox fərqlidir. Ölkədə dərslər martda başlayır və dekabra qədər davam edir.

 

Kosta-Rikada dərslər fevralın ilk həftəsində başlayır və noyabrın son həftəsinə qədər davam edir.

 

Danimarkanın ibtidai və orta təhsil müəssisələrində dərslər avqustda başlayıb növbəti ilin iyun ayına qədər uzanır.

 

Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir.

 

İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir.

 

Türkiyə, İran, Belçika, Çin, Çexiya, Macarıstan, İtalya, İsrail, Estoniya kimi ölkələrdə isə tədris ili bizim ölkəmizdə olduğu kimi sentyabr ayında başlayıb iyun ayında yekunlaşır.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları