Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-20 12:15:00
Dərsliklərdəki şeirlərlə bağlı sərt iradlar - Müəllifdən ittihamlara cavab 

 

İTV-nin "Sabaha saxlamayaq" verilişində məktəb dərsliklərində mövcud olan problemlərlə bağlı müzakirədə qalmaqal yaşanıb.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin uşaq ədədbiyyatı şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə dərsliklərdəki şeirləri, mətnləri çap olunan imzaların saxta olduğunu iddia edib.

 

O, “Azərbaycan dili” dərsliyində çap olunan “Cavanlığım”, “Dövşan” kimi bir neçə şeirləri nümunə gətirərək, bunların poeziyaya və dərsliklərə uyğun olmadıqlarını bildirib.

 

Şöbə müdirinin sərt tənqidlərinə "Azərbaycan dili" dərsliyinin müəllifi Rafiq İsmayılov sözügedən şeirlərdən birini öz feysbuk hesabında paylaşaraq belə cavab verib:

 

“İTV-nin "Sabaha saxlamayaq" verilişindən sonra bir şeyə əmin oldum ki, insanlarda dinləmə, danışma, oxu bacarıqlarını formalaşdırmaq vacib məsələdir. Təəssüf ki, opponentimdə bunların heç birini görmədim. Ona görə də müzakirə alınmadı.

 

Bir sözlə, hərə öz işini görür:

 

- Dərslik müəllifi 1-ci sinifdən başlayaraq mətnlərdə sətiraltı informasiyanı duymaq bacarığını formalaşdırır.

- Şair Azərbaycan dili dərsliyində estetika axtarır.

- TV də ki tamaşaçı kütləsini cəlb etmək üçün şou yaradır”

 

Bir bunu deyən yazı "DOVŞAN Dovşan çox berk qaçırdı Arxasına baxmadan. Neca süretle qaçır?!- Sincab dedi ağacdan. -Çox çalışıb, görünür, Meşq edib axşam-seher. Yoxsa qaça bilermi Yorulmadan bu qader?! Bunu eşidib dovşan, Heç ayaq saxlamadan Cavab verdi çox qisa: -San de bele qaçarsan, Meşqçin tülkü olarsa! Dilrüba Nureddinqızı Şeirin son iki misrasını izah et. Sanca, nอ üçün tülkü sincabın deyil, dovşanın dalınca qaçır?" karikaturası ola bilər

 

Rafiq İsmayılov həmçinin bir şeir nümunəsi paylaşaraq,- "Dərsliyin növbəti nəşrində şairin vaxtilə bizə təqdim etdiyi misilsiz estetika nümunəsindən istifadə edəcəyik”-deyə qeyd edib:

 

Bir mətn şəkili ola bilər