http://www.position.az/ https://www.zirve.edu.az/
2022-05-20 10:18:00
Qrant müsabiqə üzrə hesabatvermə görüşü keçirilib

“Naxçıvan” Universitetinin qalib olduğu layihənin hesabatvermə görüşü keçirilib

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə “Naxçıvan” Universitetinin qalib olduğu ““İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsinin hesabatvermə görüşü keçirilib. Hesabatlılıq görüşü, “Microsoft Teams” platforması üzərindən onlayn şəkildə keçirilmişdir.

 

Görüşdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, mütəxəssisləri Rəbiyyə Museyibzadə, Ruziyyə Məmmədzadə, Tural Hətəmxanov eləcə də “Naxçıvan” Universitetinin layihə işçi heyəti iştirak etmişdir.

 

Hesabatlılıq görüşündə layihə rəhbəri Şamil Hümbətov təqdimatla çıxış edərək layihədə nəzərdə tutulan tapşırıqlar, komponentlər üzrə fəaliyyətlərin icra vəziyyəti, nailiyyətləri haqqında ətraflı məlumat verdi. Daha sonra bildirdi ki, layihə çərçivəsində 13 universitetdən 17 nəfər professor-müəllim heyəti Orta Doğu Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak məqsədilə Türkiyədə səfərdə olublar.

 

7 gün ərzində ODTÜ-də “İnsan-maşın interfeysləri” laboratoriyasında, Dizayn fabrikində, Lego laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olublar, “Kompüter mühəndisliyi” kafedrasında təşkil edilən təlim və seminarlarda iştirak ediblər. 

 

Qeyd edək ki, layihənin məqsədi, müasir çağırışlardan yola çıxaraq “İnsan-Kompüter İnterfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək, fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır. Məlumat üçün bildirək ki, “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində “İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyası üzrə “Naxçıvan” Universiteti “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsini həyata keçirməkdədir.