Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-10 11:23:00
Məktəb direktorlarının fəaliyyətilə bağlı əsas NARAZILIQ məlum oldu

 

AzEdu Təhsil Portalında təhsil iştirakçıları, təhsilalanlar və valideynlərin təhsilin müxtəlif səviyyə və pillələri üzrə tez-tez qarşılaşdığı problemlərlə bağlı keçirilən həftəlik sorğuları davam edir.

 

Növbəti sorğu ən çox şikayətlərin müşahidə edildiyi məktəb direktorlarının fəaliyyəti istiqamətində keçirildi. Bunun üçün iştirakçılar təqdim edilən kateqoriyalarda, bu mövzuda üzləşdikləri problemlərdən birinə səs verərək sorğuda iştirak etdilər.

 

Sorğunun nəticələrinə əsasən, əsas narazılıqlar vakansiyaların gizlədilməsi və məktəbdaxili pul yığımları ilə bağlıdır:

 

  • Vakansiyaların gizlədilməsi – 41,8%
  • Məktəbdaxili pul yığımlar – 19,3%
  • Tədrisin arzuolunmaz təşkili- 8,37%
  • Valideyn birliklərilə qeyri-peşəkar münasibət – 7,85%
  • İdarəetmədə rast gəlinən digər problemlər – 7,85%
  • Məktəb kollektivi ilə davranış qaydaları – 7,32%
  • Şagirdlərlə ünsiyyətin problemli tənzimlənməsi – 7,32%