Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-09 12:47:00
Region məktəbliləri üçün internet təhlükəsizliyi mövzusunda maarifləndirici təlimlər keçirilir

Region məktəbliləri üçün internet təhlükəsizliyi mövzusunda maarifləndirici təlimlərə başlanılıb. Belə ki, uşaqların internetdə zərərli informasiyalardan və kibertəhlükələrdən qorunması məqsədilə ilk belə təlim Qəbələ rayonu, 1 nömrəli orta məktəbdə keçirilib.

 

AzEdu.az xəbər verir ki, 5-7-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən təlim İKT sahəsində ixtisaslaşmış və müvafiq sahədə fəaliyyət göstərən mütəxəssis Ellada Mustafayevanın təqdimatında baş tutub.  E.Mustafayeva uşaqlara internetdə yaranan təhlükə və risklərdən müdafiə üsulları, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi, şəxsi məlumatların qorunması üçün güclü şifrələrdən istifadə qaydaları barədə ətraflı məlumat verib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq baş tutan təlim məktəblilər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Təlim zamanı uşaqlara Dövlət Komitəsi tərəfindən müvafiq mövzuda hazırlanmış məlumatlandırıcı qeyd dəftərləri və sertifikatlar təqdim edilib.

 

Ümumilikdə, 5 rayonda keçiriləcək təlimlərin may ayı ərzində İsmayıllı, Qusar, Lənkəran, Astara rayonlarında da  davam etdirilməsi planlaşdırılır.