Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-11 08:42:50
“Bütün Mingəçevir səhiyyəsi ayaq üstədir” – Millət vəkili şagirdlərin qəzasından danışdı

“Xəbəri eşidən kimi Mingəçevir şəhər xəstəxanasının baş həkimi ilə əlaqə saxladım. O bildirdi ki, hadisə yerinə dərhal Mingəçevir xəstəxanasının təcili yardım maşınları göndərilib. Yüngül yaralılar Yevlax xəstəxanasına yerləşdirilib. Nisbətən ağır olan 5 yaralı isə Mingəçevir xəstəxanasına gətirilib”. 

AzEDU.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə bugün baş verən ağır yol qəzası ilə bağlı deyib. Onun sözlərinə görə, yaralılara lazımi qədər diqqət göstərilir:

Aydın_Mirzəzadə_2014.jpg

“Baş həkim bildirdi ki, bir yaralı dərhal əməliyyata götürülüb, digərilərinin isə əməliyyat edilib-edilməməsi vəziyyətindən asılı olacaq. Bütün Mingəçevir səhiyyəsi səhərdən ayaq üstədir və yaralıların müalicəsi üçün xəstəxanada bütün imkanlar vardır”. Millət vəkili əlavə edib ki, şagirdlərin vəziyyəti ilə əlaqədar gün ərzində Mingəçevir xəstəxanasıyla vaxtaşırı əlaqə saxlayacaq.

Qeyd edək ki, bu gün şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avtomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı xəsarət alan 2003-cüil təvəllüdlü şagirdlərin 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb. Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır.