Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-27 21:53:00
Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Azərbaycan diasporunun tanınmış simalarından biri, eyni zamanda Azərbaycan elmini Almaniyada və Avropada yüksək səviyyədə təmsil edən, Rostok Universitetinin dosenti, şöbə müdiri, texnika elmləri namizədi Cavid Səfərov vəfat edib.

Bu barədə onun tanışları məlumat veriblər.

Məlumata görə, C.Səfərov bu gün ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, C.Səfərov 1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasının dosenti olub. 2005-2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universitetində elmi işçi kimi çalışıb. Beynəlxalq indeksli jurnallarda elmi yenilikləri olan məqalələrlə çıxış edib.

2011-ci ildən Rostok Universitetinin Texniki Termodinamika kafedrasının daimi elmi işisi və Mayelərin istilik-fiziki xassələri elmi laboratoriyasının rəhbəri olub.

C.Səfərov IAPWS-ın (Beynəlxalq Su və Su Buxarı Cəmiyyəti) Almaniya bölməsinin üzvü olub, eyni zamanda Almaniyanın DAAD (2002 və 2006), Aleksandr von Humboldt (2003-2004, 2007) və Yaponiyanın JSPS (2004) elmi təqaüdlərinə layiq görülüb.