Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-10 12:15:14
Bağçadan oğurluq edən şəxs saxlanılıb

Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

AzEdu.az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla oğrunun bağçadan 2 ədəd televizor, noutbuk, tozsoran və DVD oğurlandığı məlum olub.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məhərrəmov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.