Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-23 15:35:00
Xaricdə doktorantura təhsilinin dövlət hesabına maliyyələşməsi üçün BU SƏNƏDLƏR tələb olunur    

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

 

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur.

 

AzEdu.az müraciət üçün tələb olunan sənədlərin siyahısını təqdim edir:

 

  • Dünyanın top 500 universitetlərdən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
  • Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
  • Tədqiqat işi (azərbaycan dilində və 2000 sözdən az olamayaraq);
  • Diplom(lar) və əlavəsi(ləri);
  • Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
  • Tövsiyyə məktubları (2 ədəd);
  • Sağlamlıq haqqında arayış (AZS – 086/1);
  • Elmi məqalələrin surəti (mövcud olduğu halda);

 

Qeyd edək ki, xarici ölkələrdə doktorantura təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün sənəd qəbulu davam edir.