Bakı Ali Neft Məktəbinin (BANM) Heyvanlara Qayğı Klubunun (Animal Care Club) təşkilatçılığı ilə həyata keçirilən “Viskas ayı” aksiyası yekunlaşıb.
Bu barədə AzEdu.az-a BANM-dən məlumat verilib.
Bildirilib ki, küçə heyvanlarını yemləmək, insanları onlara daha həssas yanaşmağa sövq etmək məqsədi daşıyan aksiya iki ay davam edib. Bu müddətdə aksiyaya ali məktəbin 100-ə yaxın tələbə və əməkdaşı qoşularaq 300-dən çox küçə heyvanının yemlənməsini təmin edib.