Azedu.az

AzTU-da “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” təlimləri yekunlaşıb-FOTO

22 Yanvar 2022, 15:05
AzTU-da “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” təlimləri yekunlaşıb-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” mövzusunda keçirilən təlimlər yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, 3 gün davam edən təlimlər Çankaya Universitetinin dekanı, professor Buket Akkoyunlu və Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) konsultantı Salih Bardakçı tərəfindən aparılıb. Təlimlərdə AzTU-nun müxtəlif fakültələrinin professor-müəllim heyəti və müvafiq şöbələrin əməkdaşları iştirak edib.

 

Təlimlərin sonuncu günü AzTU-nun rektoru Vilayət Vəliyev iştirakçılarla görüşüb. Qeyd edib ki, universitetin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması istiqamətində təşkil olunan təlimlər mütəmadi olaraq davam etdiriləcək.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox