Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-19 15:13:00
Deputat Ramiz Mehdiyevi tənqid etdi: “İnstitut direktorları ilə icra başçıları kimi davranır”

“Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir”. 

 

Bu fikirləri millət vəkili Etibar Əliyev özünün sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib.

 

Belə ki, AMEA-nın rəhbəri Ramiz Mehdiyevin fəaliyyətini tənqid edən deputat fikirlərini bu cür davam etdirib:

 

“İnstitut direktorları ilə İcra başçıları kimi davranır....  İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur”.

 

Deputat Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və arvadı Qalina Yuryevnanın fəaliyyətini də sərt tənqid edib: 

“Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə "Psixologiya" üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı.  Kamilə xanımın dissertasiyasının özünün yazmaması haqqında söhbətlər gəzir.... Bir sözlə; elm bunların insiharına verilib”.

 

Modern.az