Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 17:03:00
“Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyi yaradılıb

“Azərbaycan-Çin Məzunları Assosiasiyası” İctimai Birliyi yaradılıb.
İctimai birlikdən bildiriblər ki, bu münasibətlə Çin məzunlarının iştirakı ilə keçirilən tədbirdə təşkilatın qeydiyyat şəhadətnaməsi üzvlərə təqdim edilib, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd edilib ki, “Azərbaycan-Çin Məzunları Assosiyasiyası” İctimai Birliyinin təsisçiləri Çin Neft Universitetinin məzunu Hikmət Zeynallı və Çin Xalq Universitetinin məzunu Fərahim Hüseynzadədir.
Tədbirdə təşkilatın idarə heyətinin tərkibi açıqlanıb. Hikmət Zeynallı təşkilatın sədri, Sadiq Qaçayev sədr müavini, Orxan Məmmədov akademik fəaliyyətlər üzrə müavin, İlahə Balakişiyeva sosial fəaliyyətlər üzrə müavin, Məhin Məmmədova ictimaiyyətlə əlaqələr və strateji kommunikasiyalar üzrə müavin, Ruhəngiz Həmidli marketinq məsələləri üzrə müavin seçilib.(azertac)