Azedu.az

“UniLab” layihəsi çərçivəsində tərəfdaş universitetlər tərəfindən görülən işlər müzakirə edilib  

Ali təhsil

15 Dekabr 2021, 12:01
“UniLab” layihəsi çərçivəsində tərəfdaş universitetlər tərəfindən görülən işlər müzakirə edilib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UniLab” layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn formatda keçirilən görüşdə layihə çərçivəsində tərəfdaş universitetlər tərəfindən görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib.

 

Eyni zamanda, layihə ilə bağlı görüləcək cari işlər, eləcə də tərəfdaş şirkətlərlə əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

 

Görüşdə tərəfdaşlar “akademik və elmi sahədə inkişaf” və “ Tələbə portalı” barədə təqdimatla çıxış ediblər. Rusiya və Belarus universitetləri tərəfindən hazırlanan modulların tərcümə edildikdən sonra layihə tərəfdaşlarına təqdim olunacağı bildirilib.

Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?
Son xəbərlərDaha çox