Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin və “HR Consalting” şirkətinin birgə təşkilatçılığı ilə tələbələrə “İşə qəbul müsahibəsi və müsahibələrdə iştirak” mövzusunda təlim təşkil edilib.
UNEC-dən AzEdu.az-a bildirilib ki, təlimdə şirkətin mütəxəssisi Ağahüseyn Əliyev tələbələrə müsahibələrdə iştirak edərkən hansı qaydalara riayət etmələri və sualları düzgün cavablandırmaları barədə məlumat və tövsiyələr verib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.