Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-26 13:18:00
Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilinə dair təlimlərə başlanılıb

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron, Şamaxı, Sabirabad, Qobustan, Zərdab və Oğuz rayonlarında “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda təlimlərə start verilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, təlimlərin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdır. Təlimlərdə iştirakçılar peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, prinsipləri, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi və digər mövzularda öz bilik və bacarıqlarını artırırlar.

 

Qeyd edək ki, təlimlər ölkə üzrə hibrid formatda - əyani və distant şəkildə həyata keçirilir və eyni zamanda, seçilmiş təlimçilər tərəfindən tədris ili ərzində koordinatorlara davamlı olaraq metodik dəstəyin göstərilməsi nəzərdə tutulub.