Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-25 16:49:00
Azərbaycanda daha 1 880 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1880 yeni yoluxma faktı qeydə alınıb, 1835 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 580 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 545 035 nəfər müalicə olunaraq sağalıb, 7736 nəfər vəfat edib, aktiv xəstə sayı 27 736 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 352, ötən müddət ərzində isə ümumilikdə 5 485 509 test aparılıb.