Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-25 13:32:00
Cəmi bu qədər tələbənin kredit almaq hüququ var – RƏSMİ

 

“Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56208 nəfərdir”.

 

AzEdu.az  xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

 

 İdris İsayev qeyd edib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır:

 

“Onlardan 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alandır. Ödənişli təhsil alan tələbələrdən 20200 nəfəri dövlət hesabına oxuyur. Onlardan 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavr üzrə təhsilini davam etdirir.

 

Təhsil haqqı ödəyən tələblərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavriat, 10851-i magistratura, 34392 nəfəri subbakalavriat üzrə təhsil alır. Bunlardan təhsil tələbə krediti almaq hüququ olanlar 56208 tələbədir. Həmin tələbələrin 40465 nəfəri bakalavriat, 5426 nəfəri magistratura, 10317 nəfəri isə subbakalavriat üzrə təhsil alır".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları