Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-13 12:42:00
Astarada ucqar kənd məktəblərində  ABŞ-dan olan müəllimlə  əməkdaşlıq – Faydalı İngilis dili dərsləri

 

 

 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş “Online conversation school” – ABŞ müəllimləri ilə əməkdaşlıq şəraitində ingilis dili dərslərinin birgə distant tədrisi layihəsi icra edilməyə başlanılıb.

 

 

Layihənin rəhbəri, Astara rayonu Artupa kənd Y.Ağayev adına tam orta məktəbin direktoru Aynur Muradova bildirib ki, layihənin məqsədi Astara rayonunun İngilis dili müəllimlərinin ABŞ-dan olan müəllimlə birgə İngilis dili dərslərini distant tədris etməklə şagirdlərin İngilis dili fənnindən bilik və bacarıqlarını artırmaqdır.

 

 

Layihənin vəzifələri Astara rayonunda 3 məktəbdən olan 10 nəfər İngilis dili müəliminin müəyyən olunması, həmin məktəblərdən 60 nəfər şagirdin dərslərə cəlb edilməsi, ABŞ-dan olan İngilis dili müəllimləri ilə birgə formada distant dərslər keçilməsinin təşkili, şagirdlərin danışıq bacarıqlarının artmasına nail olmaqdır.

 

 

Çünki rayonumuzun kənd məktəblərində şagirdlərin İngilis dilində bilik və bacarıqları olduqca aşağıdır. Əslində, bu təkcə bizim rayonda deyil, bir çox bölgədə müşahidə edilən problemlərdəndir.

 

 

Şagirdlər bəzən qrammatik biliklərə sahib olsalar da onlar ingilis dilində danışıq, özünü ifadə etmə, ünsiyyətdə qurmaqda çətinlik çəkirlər.

 

 

Buraxılış imtahanlarında davamlı olaraq şagirdlərin İngilis dili fənnindən nəticələri olduqca zəif olur. Bu da məktəbdəki İngilis dili tədrisinin yetərli olmaması anlamına gəlir. Müəllimlərin təkmilləşdirilməsinə ehtiyac var. Bu problemin hazırkı distant tədris dövründə ən yaxşı çıxış yollarından biri xarici müəllimlərlə birgə onlayn dərslərin təşkil edilməsidir.

 

Layihənin açılışı distant formada Teams platformasında təşkil edilib.

 

Açılışda Astara üzrə üç məktəbin (Artupa kənd tam orta məktəbi, Suparibağ kənd tam orta məktəbi, Qapıçıməhəllə kənd ümumi orta məktəbi) direktorları, müavinləri və İngilis dili müəllimləri iştirak edəcəklər. Onlar iki həftə müddətində 8 və 9-cu sinifdə təhsil alan şagirdlərini ətraflı şəkildə məlumatlandıracaqlar. Məlumat üçün həmçinin layihənin çap edilmiş broşurları onlara göndəriləcək. Hər üç məktəbdən ümumilikdə 60 nəfərədək şagirdin iştirak edəcəyi gözlənilir. Şagirdlər müəyyən edilikdən sonra hər bir şagirdin kompüter və ya smartfonunda Zoom və Teams proqramlarının olması dəqiqləşdiriləcək. ABŞ-dakı müəllimlərlə birgə dərslər məhz Zoom platforması ilə təşkil olunacaq.

 

 

Texniki məsələlər həll edildikdən sonra oktyabrın əvvəlindən başlayaraq fevralın əvvəlinədək olan müddətdə birgə distant dərslər tədris olunacaq. ABŞ-dan müəllimlər bizi əlaqələndirən şəxs Kəmalə Nəsirova olacaq. O, hazırda ABŞ-da doktorantura təhsili alır. O, ABŞ-dan olan müəllimlər ilə bizi əlaqələndirdikdən sonra birgə tədris fəaliyyətlərinə başlanılıb. Ehtiyacı olan şagirdlərin internet təminatı xərcləri ödənilir. Dərslər zamanı, əsasən, şagirdlərə ünsiyyət, danışıq bacarıqları aşılanır. Dərslər hər həftə keçirilir. Şagirdlərə distant formada tapşırıqlar verilir.

 

 

Şagirdlər arasında əvvəlcə bəsit formada dialoqlar təşkil olunur. Sonrakı aylarda, dekabr və yanvar aylarında danışıq klubu formasında birgə dialoqlar təşkil olunacaq. Bütün bunlar da şagirdlərin danışıq bacarıqlarını artıracaq. Müəllimlərimizin də danışıq üzrə bacarıqları inkişaf edəcək. Bu layihə rayonda digər məktəb və müəllimlər üçün nümunə və motivasiya təşkil edəcək. Fevralın ilk həftəsində dərslərə tamamilə yekun vurulacaq. Şagirdlərə iştirak etməyə dair sertifikatlar təqdim olunacaq. Layihə Teams platformasında keçirilən tədbirlə başa çatdırılacaq. Layihənin ABŞ-dan olan əsas təlimçisi Təlimçi Netland Kameron Erikdir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları