Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-01 14:47:00
Elmi dərəcəsi olan müəllimin maaşına əlavə ödəniş miqdarı nə qədər olmalıdır?-DİQQƏT

 

Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara müəyyən əlavələr olunur.

 

Bəs bu ödənişlərin dərəcə və adlara görə həcmi nə qədərdir?

 

AzEdu.az  xəbər verir ki, təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların vəzifə maaşlarına əlavələrin həcmi aşağıdakı kimi təyin olunur:

 

-ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 60 manat;

 

-ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 100 manat;

 

dosent elmi adına görə:

 

iş stajı 5 ildən 10 ilə qədər olduqda — 25 manat;

iş stajı 10 ildən 15 ilə qədər olduqda — 50 manat;

iş stajı 15 ildən 20 ilə qədər olduqda — 75 manat;

iş stajı 20 ildən artıq olduqda — 100 manat;

 

professor elmi adına görə:

 

iş stajı 5 ildən 10 ilə qədər olduqda — 30 manat;

iş stajı 10 ildən 15 ilə qədər olduqda — 60 manat;

iş stajı 15 ildən 20 ilə qədər olduqda — 90 manat;

iş stajı 20 ildən artıq olduqda — 120 manat.

 

Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir.

 

Qeyd edək ki, bu əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir.

 

Əlavə məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiz:

 

http://www.e-qanun.az/framework/19627