Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 13:44:00
Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət olunur  

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində tədris aparmaq üçün müəllimləri əməkdaşlığa dəvət edir.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

 

Sosial elmlərdə statistika və data analizi;

 

Təhsildə keyfiyyət təminatı;

 

Qiymətləndirmə;

 

Təhsil müəssisələrində təşkilati davranış;

 

Sinfin idarəolunması.

 

Namizədlərin müvafiq ixtisas üzrə elmi dərəcəsi və ya tam ali təhsili (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi olmalıdır. Namizədlərdən, həmçinin Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) noyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.